Tbilisi-Bakurtsixe magistral yolunda baş verən yol qəzasında 4 nəfər həlak olub.
hadisə şahidlərinin sözlərinə görə, yük maşınının sürücüsü sükanı idarə edə bilməyib, sürüşərək yüngül avtomobillərin üzərinə düşüb.
Mövcud məlumata əsasən, hadisə nəticəsində minik avtomobillərində olan 4 nəfər yerindəcə dünyasını dəyişib, 1 nəfər isə ağır yaralanıb.
Hadisə yerinə hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma başladılıb.