Kobaxidze: "Prezident Tramp çox iddialı planı açıqlayıb"

Kobaxidze: "Prezident Tramp çox iddialı planı açıqlayıb"

Kateqoriya: Dünya 56

"Prezident Tramp çox iddialı plan elan edib, bu, “Dərin Dövlət”i məğlub etmək planıdır və biz prezident Trampa bu məsələdə uğurlar arzulamaq istəyirik".

Onun sözlərinə görə, bu döyüşdə uğur qazanmaq Gürcüstan-ABŞ münasibətlərinin normallaşması üçün həlledici olacaq:

“Biz münasibətləri əhəmiyyətli dərəcədə bərpa etməyə, ABŞ ilə strateji münasibətləri sıfırdan yeniləməyə hazır olduğumuzu və bunu istədiyimizi bir daha təsdiqləyə bilərik. Ümid edirik ki, bu istiqamətdə mühüm uğurlarımız olacaq”, - deyə baş nazir qeyd edib.

D.Trampın bu gün baş tutacaq andiçmə mərasiminə toxunan Kobaxidze həmçinin qeyd edib ki, son dörd il bütün dünyada çətin olub və Gürcüstanda dörd inqilab cəhdi olub. Baş nazir Trampın hakimiyyətdə olacağı qarşıdakı dörd ilin xeyli sakit keçəcəyinə ümid etdiyini və bunun Gürcüstana da müsbət təsir göstərəcəyini bildirib.

Ana Səhifə
Bənzər xəbərlər